Meta 1 oktyabr 2026 tarixindən WhatsApp Business Platform üzərindən göndərilən "service mesajları" hər mesaj üçün ayrıca hesablayacaq. Bu, müştəri sizə yazdıqdan sonra 24 saat ərzində operatorun və ya chatbotun göndərdiyi bütün sərbəst cavablardır. İndiyə qədər tamamilə pulsuz idi.
Nə dəyişir:
🔹 Hər operator və chatbot cavabı ödənişlidir. 5 cavab, 5 ödəniş.
🔹 24 saat pəncərəsi içində göndərilən utility şablonlar da yenidən ödənişli olur.
🔹 Azərbaycan nömrələri üçün tarif: 0.0212 USD hər mesaj (Meta-nın rəsmi 1 oktyabr rate card faylından).
🔹 Hər telefon nömrəsi üçün ayda ilk 1000 service mesaj pulsuzdur, növbəti aya keçmir.
🔹 Müştərinin sizə yazdığı mesajlar və Click-to-WhatsApp reklamından gələn 72 saatlıq söhbətlər pulsuz qalır.
Ən vacib məqam: WhatsApp Business hesabında (WABA) ödəniş metodu yoxdursa, Meta 1 oktyabrdan cavab mesajlarını çatdırmayacaq. Operator yazacaq, müştəri görməyəcək. Son tarix 30 sentyabr.
Sadə hesab: ayda 2000 söhbət, hər birində 5 cavab = 10 000 mesaj. 1000 pulsuzdan sonra təxminən 190 USD. Chatbot axınında "Salam", "Bir dəqiqə gözləyin" kimi ayrı mesajları birləşdirib cavab sayını 3-ə endirsəniz, eyni həcm 106 USD-ə düşür.
Bu həftə etməli olduğunuz 3 şey:
Meta Business Suite-də WABA hesabınıza ödəniş metodu və aylıq xərc limiti əlavə edin.
Son 2 ayın göndərilən mesaj sayına baxıb büdcə hesablayın.
Chatbot axınlarında lazımsız aralıq mesajları silin, açıq sual yerinə düymə istifadə edin.
#WhatsAppBusiness #Meta #CRM #MüştəriXidməti #OmniCloud
